Ankarada Ərdoğan və Zelenski arasında danışıqların gündəliyi açıqlanıb

Ankarada Ərdoğan və Zelenski arasında danışıqların gündəliyi açıqlanıb

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada mühüm görüş keçirəcəklər. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altunun verdiyi məlumata görə, görüşün əsas mövzusu Rusiya-Ukrayna münaqişəsi olacaq.

Prezidentlər regionda baş verən son hadisələri və münaqişənin mümkün həlli yollarını ətraflı şəkildə müzakirə edəcəklər. Ərdoğanın danışıqlarda atəşkəsə və sülh təşəbbüslərinə çağırış etməsi gözlənilir. Türkiyə bu məsələdə öz vasitəçi rolunu davam etdirmək niyyətindədir.

Bununla yanaşı, Ərdoğan və Zelenski arasında Türkiyə və Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrini əhatə edən aktual məsələlər də müzakirə olunacaq. Ticarət, müdafiə sənayesi, enerji və humanitar əməkdaşlıq kimi sahələrin də gündəmdə olduğu bildirilir.

Türkiyə regionda sabitliyin təmin olunmasınabeynəlxalq hüquq çərçivəsində sülhə nail olunmasına önəm verdiyini bir daha nümayiş etdirir. Bu görüş həm regional siyasət, həm də Türkiyə-Ukrayna münasibətlərinin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır.