“Qalatasaray” Türkiyə millisinin hücumçusu ilə anlaşıb

“Qalatasaray” Türkiyə millisinin hücumçusu ilə anlaşıb

“Alanyaspor”un hücumçusu Salih Uçan karyerasını “Qalatasaray”da davam etdirəcək.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, bunu 27 yaşlı forvardın sabiq baş məşqçisi Sait Karafırtınalar deyib.

“Bucaspor”da olarkən Salihə rəhbərlik edən mütəxəssis onun “Qalatasaray”la mövsümün sonu üçün anlaşdığını söyləyib: “Salih mövsümün sonunda “Qalatasaray”a keçəcək. Onun böyük klubda oynamaq təcrübəsi var, “Fənərbaxça” və “Roma”da çıxış edib. Salihin “Qalatasaray”da uğurlu olacağını düşünürəm”.

Qeyd edək ki, Salih Uçan “Alanyaspor”a 2019-cu ildə “Empoli”dən keçib.