Prezidentlər RAZILIQ VERDİLƏR – Dövlət Baxçalı Şuşada məktəb tikdirəcək

Prezidentlər RAZILIQ VERDİLƏR – Dövlət Baxçalı Şuşada məktəb tikdirəcək

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Şuşada məktəb açmaqla bağlı təklifi Türkiyə və Azərbaycan Prezidentləri tərəfindən müsbət qarşılanıb.

Birmillet.az saytı Milli.Az-a istinadən xəbər verir ki, bunu Dövlət Baxçalı özü açıqlayıb:

 

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyev arasındakı qarşılıqlı anlaşma və təsdiqi ilə Şuşada məktəbin inşası layihəsi uyğun görülüb”.

Xatırladaq ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Şuşada məktəb açmaqla bağlı təklif irəli sürmüşdü. O, bununla bağlı öz Twitter hesabından “Əgər Prezident Rəcəb Tayyib Ərdoğan icazə verərsə, Azərbaycan Prezidenti hörmətli İlham Əliyev də uyğun görərsə, şəxsən mənim təlimatımla “Ülkü Ocakları Eğitim ve Kültür Vakfı” tərəfindən Şuşada ibtidai sinif məktəbi inşa etmək hədəfimiz var. Bu məsələdə sahib olduğumuz bütün imkanları səfərbər edəcəyik və lazım olan işlər təcili görüləcək” müraciətini etmişdi. Məktəbə dahi bəstəkar Üzeyir Hacıbəylinin adını vermək və 30 yanvar 2021-ci il tarixində bünövrəsinin qoyulmasını istədiklərini qeyd edən Baxçalı təhsilin bir millətin gələcəyi üçün bayraq olduğunu vurğulamışdı.

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Şuşada məktəb açmaqla bağlı təklifi Türkiyə və Azərba