Zəlzələ ilə əlaqədar Elazığdakı Fırat Universitetində dərslər dayandırılıb

Zəlzələ ilə əlaqədar Elazığdakı Fırat Universitetində dərslər dayandırılıb

Türkiyənin Elazığ vilayətində baş vermiş zəlzələ ilə əlaqədar şəhərdə fəaliyyət göstərən Fırat Universitetində dərslər qeyri-müəyyən vaxtadək təxirə salınıb. Universitetin rəhbərliyi dərs prosesi və sınaq imtahanları ilə bağlı məsələlərə sonrakı günlərdə vəziyyətə uyğun olaraq qərar veriləcəyini bildirib. Tövsiyə olunub ki, tələbələr imkan daxilində bölgəni tərk etsinlər.

AZƏRTAC-ın xüsusi müxbiri Fırat Universitetində təhsil alan Azərbaycan vətəndaşı, dördüncü kurs tələbəsi Musa İslamov ilə əlaqə saxlayıb. Zəlzələdə zərər çəkənlər arasında Azərbaycan vətəndaşının olmadığını bildirən M.İslamov deyib ki, tələbələr bölgəni tərk etmək məcburiyyətində qalıblar. Hazırda ən böyük problem nəqliyyatla bağlıdır.            Zəlzələ 

Ən son məlumata görə, zəlzələdə 20 nəfər həyatını itirib. Yaralıların sayı 1020 nəfərdir. Dağıntılar altından 10-dan çox insan sağ çıxarılıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Mənbə: azertag.az