Xocalı soyqırımı
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı İstanbulda yürüş keçirilir.
Birmillet.az “AZƏRTAC“a istinadən xəbər verir ki, tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyi və Türksoylu Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən təşkil olunub.
Yürüşdə ictimaiyyət nümayəndələri, İstanbulda təhsil alan azərbaycanlı tələbələr, türkdilli xalqların ictimai birlikləri, yerli əhali və media nümayəndələri iştirak edirlər.












































