Türkiyənin yüksək səviyyəli nümayəndə heyəti Suriyaya gəlib

Türkiyənin yüksək səviyyəli nümayəndə heyəti Suriyaya gəlib

Yüksək Səviyyəli Türkiyə Nümayəndə Heyəti Suriyaya Rəsmi Ziyarət Edib

Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər, Xarici İşlər Naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da daxil olmaqla yüksək səviyyəli nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşqə rəsmi səfər edib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan, Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə görüş keçirəcək. Müzakirələrdə Suriya hökuməti ilə qondarma Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılaşma və keçmiş prezident Bəşər Əsəd tərəfdarları ilə hökumət qüvvələri arasında silahlı toqquşmalarla bağlı vəziyyət ön plana çıxacaq.