Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Türkiyə səfəri

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Vitse-prezident Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

Istinad : Milli.Az