“Çindən gətiriləcək peyvənd Türkiyədə sınaq müddətindən uğurla keçib, sınaqlarda 91,25 faiz müsbət təsiri olduğu müəyyənləşib, artıq bu peyvəndlərin təhlükəsiz olduğundan əminik”.
Birmillet.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti toplantısından sonrakı çıxışında bildirib.
Nazir deyib ki, “SinoVac” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “CoronaVac” inaktiv peyvəndinin Türkiyəyə gətirilməsi təsdiqlənib və dekabrın 28-də Çindən idxal ediləcəyi gözlənilir: “İnaktiv peyvəndlər ən qədim peyvənd metodudur, bu metodla ilk dəfə orqanizmin immunitetini artırmaq üçün istifadə olunmur.
Yeni doğulan uşaqlara vurulan peyvəndlər də bu qrupdandır. Ən sadə dillə desək, virus uyğun mühitlərdə çoxaldılqdan sonra dozası minimuma endirilərək orqanizmə yeridilir. Bu, təhlükəsizliyindən əmin olduğumuz faydalı bir üsuldur. Bundan başqa, ölkəmizdə hazırda önəm verdiyimiz 3 ayrı inaktiv peyvəndlərlə bağlı fəaliyyətlər də davam edir.












































