Türkiyənin müdafiə naziri: S-400-ü satmaq üçün yox, istifadə etmək üçün almışıq

Türkiyənin müdafiə naziri: S-400-ü satmaq üçün yox, istifadə etmək üçün almışıq

S-400-ü ölkəmizin və millətimizin havadan müdafiəsi üçün almışıq.

Birmillet.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, S-400 hava hücumundan müdafiə sistemini Rusiyadan istifadə etmək üçün alıblar.

“S-400-ün başqa ölkələrə satılması gündəmdə yoxdur”, – deyə Türkiyənin milli müdafiə naziri vurğulayıb.