Türkiyənin Kartalkaya kurortunda baş verən yanğınla əlaqədar daha altı nəfər saxlanılıb

Türkiyənin Kartalkaya kurortunda baş verən yanğınla əlaqədar daha altı nəfər saxlanılıb

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək kurortundakı hoteldə baş vermiş yanğınla əlaqədar daha altı nəfər həbs edilib. Bununla da istintaq çərçivəsində saxlanılan şəxslərin sayı 20-yə çatıb.

“TRT Haber”in məlumatına görə, faciəvi hadisə yanvarın 21-i gecə saatlarında baş verib. Yanğın baş verən zaman hoteldə ümumilikdə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər həyatını itirib, 50-yə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda hadisənin səbəbləri araşdırılır və məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam edir. Bolu prokurorluğu baş verən faciə ilə bağlı ciddi tədbirlər görməkdədir.