Türkiyəli Volkan Bozkır BMT Baş Assambleyasının Prezidenti vəzifəsində

Türkiyəli Volkan Bozkır BMT Baş Assambleyasının Prezidenti vəzifəsində

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri, səfir Volkan Bozkır BMT Baş Assambleyasının Prezidenti vəzifəsini bir il icra edəcək.

Birmillet.azAPA“ya istinadən xəbər verir ki, Türkiyə dövlətinin 2019-cu il iyunun 12-də BMT Baş Assambleyasının Prezidenti vəzifəsini icra etməsilə bağlı Volkan Bozkırın namizədliyini irəli sürüb.

Bu müraciət fevralın 27-də təsqdiqlənib.

Qeyd edək ki,  BMT Baş Assambleyasının Prezidenti vəzifəsi bu beynəlxalq təşkilatda ən nüfuzlu vəzifələrdən biridir. Volkan Bozkır bu il sentyabrın 15-də vəzifəsinə rəsmən başlayacaq və Türkiyəli siyasətçi BMT Baş Assambleyasının 75-ci sessiyasına rəhbərlik edəcək.