Türkiyədəki Azərbaycanlı məşhurlar – VİDEO

Türkiyədəki Azərbaycanlı məşhurlar – VİDEO

“Dünden Bugüne” Youtube kanalının Türkiyədə yaşayan azərbaycanlı məşhurlar haqqında hazırladığı video hər iki ölkənin sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Birmillet.az xəbər verir ki, trendə düşən videoda Türkiyənin Sinem Ünsal, Ozan Akbaba, Nəsrin Cavadzadə, Tamer Karadağlı, Çağla Şikel, Cem Karaca, Selin Şekerci, Tuğba Ekinci, Başak Sayan, Servet Çetin, Azer Bülbül, Reza Beyk İmanverdi, Cihangir Gafari, Günel Zeynalova, Elnur Hüseynov və Ataol Behramoğlu kimi əslən azərbaycanlı olan tanınmışlarının bioqrafiyaları izləyicilərin nəzərinə çatdırılıb.

Qeyd edək ki, sözügedən video bir həftə ərzində yarım milyondan çox baxış sayı əldə edib.