Türkiyədə zəlzələdən sonra təxribat yayan şəxslərlə bağlı araşdırmalara başlanıb

Türkiyədə zəlzələdən sonra təxribat yayan şəxslərlə bağlı araşdırmalara başlanıb

Türkiyədə zəlzələ

Türkiyənin Elazığ vilayətindəki zəlzələdən sonra təxribat xarakterli fikirlər yayan 50 şübhəli şəxs barəsində araşdırmaya başlanıb.

APA-nın “CNN-Türk”ə istinadla verdiyi xəbərə görə, faktla bağlı Ankara Respublika Prokurorluğunda Türkiyə Cinayət Qanununun 213-cü (xalq arasında qorxu və panika yaratmaq) və 301-ci (Türkiyə dövlətini və dövlət qurumları və təşkilatlarını aşağılamaq) maddələri ilə təhqiqat araşdırmaları aparılır.

Mənbə: apa.az