Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artıb

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələdə nəticəsində ölənlərin sayı 115-ə çatıb.

Birmillet.az saytı  APA  istinadən xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Buna qədər 114 nəfərin öldüyü, 1035 yaralının olduğu barədə məlumat verilmişdi.

“Zəlzələ nəticəsində ölənlərin sayı 115-ə çatıb, 23 yaralı xəstəxanalarda müalicəsini davam etdirir”, – məlumatda belə deyilir.