Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Türkiyədə Mersinin Tarsus rayonunda yol qəzası olub, 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Birmillet.az saytı APA-nın yerli bürosuna istinadən bildirir ki, hadisə yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Qəzada minik avtomobilindəki 6 nəfərdən 5-i ölüb, yük maşınının sürücüsü ilə avtomobildəki digər yaralı xəstəxanaya çatdırılıb.