Türkiyədə virusa yoluxanların sayı sutka ərzində 3 dəfə artdı

Türkiyədə virusa yoluxanların sayı sutka ərzində 3 dəfə artdı

Türkiyədə koronavirusa yoluxanların sayı 18-dən 47-yə yüksəlib.

Birmillet.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün rəsmi Twitter hesabında məlumat yayıb.

Nazir bildirib ki, hazırda Türkiyədə xüsusi rejimli xəstəxanalarda müalicə alanlar ABŞ, Avropa ölkələri və Yaxın Şərq bölgəsində infeksiyaya yoluxublar. Onun sözlərinə görə, yoluxanlar arasında 3 nəfər Səudiyyə Ərəbistanından qayıdan ziyarətçilərdir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada 164 mindən çox insan bu virusa yoluxub, 6,4 mindən çoxu dünyasını dəyişib.