Türkiyədə uçuş-enmə zolağından çıxan təyyarə parçalanıb

Türkiyədə uçuş-enmə zolağından çıxan təyyarə parçalanıb

İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.

Türkiyənin Nəqliyyat naziri Cahit Turhan təyyarədə 171 sərnişinin və 6 ekipaj üzvünün olduğunu bildirib. İlkin məlumata görə, qəza nəticəsində həlak olan yoxdur. Yaralıların təxliyəsi hazırda davam etdirilir.

Hava limanında uçuşlar müvəqqəti dayandırılıb.

Mənbə: azertag.az