Türkiyədə stüardessa koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Türkiyədə stüardessa koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Ötən gün gecə saatlarında İstanbulun Beylikdüzü Dövlət Xəstəxanasına bir qadın yüksək temperatur şikayəti ilə müraciət edib.

Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, bir müddət xəstəxanada müayinə olunan qadın daha sonra izolyasiya müşahidə otağına yerləşdirilib.

Həmin şəxsin bir neçə gün öncə Çinə səyahət edən stüardessa olduğu məlum olub.

Qeyd edək ki, son məlumatlara görə, Çində 20438 nəfər koronavirusa yoluxub, onlardan 427 nəfər vəfat edib.

Mənbə: qafqazinfo.az