Koronavirusla bağlı yoxlanmış Türkiyə vətəndaşlarından daha 51-nin nəticəsi pozitiv çıxıb.
Birmillet.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
Məlumatda deyilir ki, bu gün edilən testlərdə pozitiv nəticə sayı 51 olub. Toplam yoluxma sayı isə 98-ə çatıb.
Nazir həmçinin bildirib ki, xəstəliyin ağırlaşması müqaviməti zəif və başqa xəstəlikləri olan şəxslərdə müşahidə olunur.
Yaşlıların yüksək risk qrupuna daxil olduğunu bildirən Fahrettin Koca hər kəsi görülən tədbirlərə ciddi riayət etməyə çağırıb.
“BUGÜN yapılan testlerde POZİTİF SONUÇ 51’dir. TOPLAM HASTA SAYIMIZ 98 olmuştur. Hastalığın ağır seyrettiği kişiler, direnci düşük ve başka hastalığı olan kişilerdir. Yaşlılar yüksek risk grubundandır. Herkesi tedbirlere harfiyen uymaya davet ediyorum.” (17 Mart 2020) pic.twitter.com/hC2GoVGHP2
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) March 18, 2020












































