Türkiyədə koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb

Türkiyədə koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. 

Birmillet.az saytının APA-nın yerli bürosuna istinadən verdiyi xəbərə görə, ilk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. 

Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. 

Qeyd edək ki, Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.