Türkiyədə koronavirus
Martın 10-da axşam saatlarında Türkiyədə koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Birmillet.az-ın “APA“ya istinadən verdiyi xəbərə görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O, xəstənin koronavirusa Avropa ilə təmasdan sonra yoluxduğunu və hazırda karantində olduğunu bildirib. F.Koca xəstənin vəziyyətinin yaxşı olduğunu, koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlərin görüldüyünü deyib.












































