Türkiyədə koronavirus: Problem qlobal, həll milli – VİDEO

Türkiyədə koronavirus: Problem qlobal, həll milli – VİDEO

Türkiyə Səhiyyə naziri Fahrettin Koca özünün rəsmi Twitter hesabında “Sizi və Türkiyəni koronavirus riskindən qoruyacaq 14 Qayda” başlığı altında videoçarx paylaşıb.

Birmillet.az xəbər verir ki, iki dəqiqəlik videoçarxda Türkiyə vətəndaşlarının özlərini və cəmiyyəti koronavirusa yoluxmaq riskindən qorumaları üçün riayət etməli olduqları gigiyena və təhlükəsizlik qaydalarından bəhs edilir.

Videonun sonunda qeyd olunur ki, “Koronavirus görəcəyiniz tədbirlərdən daha güclü deyil”.

https://twitter.com/drfahrettinkoca/status/1238732243796983808