Türkiyədə COVID-19-dan 191 nəfər ölüb

Türkiyədə COVID-19-dan 191 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 191 nəfər ölüb.

Birmillet.az saytı APA-ya istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 13 830 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr 8 702, ağır xəstələr isə 3 303 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 283 931 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 164 050 nəfər sağalıb, 22 070 nəfər isə ölüb.