Türkiyədə COVID-19-dan 149 nəfər ölüb

Türkiyədə COVID-19-dan 149 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 149 nəfər ölüb.

Birmillet.az saytı APA-nın yerli bürosuna istinadən bildirir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 967 nəfər COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6 018, ağır xəstələr isə 2 003 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 418 472 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 296 050 nəfər sağalıb, 24  789 nəfər isə ölüb.