Türkiyədə bir ailənin 4 üzvü 15 gün ərzində COVİD-19-dan ölüb.

Türkiyədə bir ailənin 4 üzvü 15 gün ərzində COVİD-19-dan ölüb.
Birmillet.az saytının qaynarinfo.az-a istinadən məlumatına görə, Mersinin Tarsus rayonunda Karabulut ailəsində öncə iş adamı 37 yaşlı Murat Karabulut yeni növ koronavirusa (COVID-19) yoluxuaraq 14 noyabrda xəstəxanada ölüb.
Ondan iki gün sonra 67 yaşlı anası Fadime, 10 gün sonra isə 40 yaşlı bacısı COVID-19-un qurbanı olub.
Bu gün isə ailənin 45 yaşlı üzvü Şehriban Karabulut xəstəxanada koronavirusdan vəfat edib.
Murat Karabulutun hamilə həyat yoldaşı isə bu ölümlərin sarsıntısından bətnindəki 7 aylıq körpəsini itirib.