Türkiyədə banka basqın olub

Türkiyədə banka basqın olub

Antalyada banka basqın edən silahlı şəxs təslim olub. 

APA-nın yerli bürosunun xəbərinə görə, hazırda onun ifadəsi alınır.

 

Türkiyənin Antalya şəhərində silahlı şəxs banklardan birinə basqın edib.

APA-nın yerli bürosunun xəbərinə görə, silahlı şəxs bankın əməkdaşlarını və müştəriləri binadan çıxararaq təhlükəsizlik xidmətinin əməkdaşını girov götürüb.

Silahlı şəxsin zərərsizləşdirilməsi üçün əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.