Türkiyədə 5 maqnitudalı zəlzələ olub.
Birmillet.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi məlumat yayıb.
Yerli vaxtla saat 08.45 radələrində Siirt vilayətinin Kurtalan qəsəbəsində 5 maqnitudalı zəlzələ olub.












































