Türkiyədə 4.1 bal gücündə zəlzələ olub

Türkiyədə 4.1 bal gücündə zəlzələ olub

Bu gün Türkiyədə Balıkesirin Susurluk rayonunda zəlzələ baş verib.

Birmillet.az saytının APA-ya istinadən verdiyi xəbərə görə, zəlzələnin maqnitudası 4.1 olub.  Bu xəbəri Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. 

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:37-də, yerin 7 kilometr dərinliyində qeydə alınıb.