Türkiyədə 2 deputatla bağlı cinayət işi başlanıldı

Türkiyədə 2 deputatla bağlı cinayət işi başlanıldı

Dekabrın 21-də 22 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Xalqların Demokratiya Partiyasının (HDP) üzvü, keçmiş deputat Leyla Güvənə kömək edənlər barəsində cinayət işi başlanılıb. 

Birmillet.az saytı“Qafqazinfo”ya istinadən xəbər verir ki, Diyarbəkir Prokurorluğunun araşdırması zamanı HDP-li millət vəkili Səmra Gözəlin rəfiqəsini evində gizlətdiyi ortaya çıxıb. Həmçinin, L. Güvənə yardım edən şəxslərdən biri də HDP-li deputat Tayip Temel olub.

Hər iki şəxs barəsində cinayət işi başlanılıb, onlar terrorçuya dəstək olmaqda ittiham olunur.

Qeyd edək ki, Leyla Güvən silahlı terror təşkilatı qurmaq və idarə etməkdə, terror təşkilatının təbliğatını aparmaqda və xalqı kin və düşmənçiliyə təhriketmədə ittiham edilir.Leyla Güvən