Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılıb

Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Recep Tayyib Erdoğan arasında telefon danışığı olub.

Birmillet.az Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.

Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.