Türkiyə Super Liqasında iddiaçılar darmadağınla qalib gəlib

Türkiyə Super Liqasında iddiaçılar darmadağınla qalib gəlib

Türkiyə Super Liqasında XVII tur davam edir.

Apasport.az saytının məlumatına görə, I dövrənin son turunun 4 oyunu keçirilib.

Qarşılaşmalar məhsuldarlığı ilə diqqət çəkib. “Ankaragücü” və “Dənizlispor”un görüşündə 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

İddialılar isə rəqiblərini darmadağın ediblər. “Başakşəhər” “Kasımpaşa”nı yenib.

“Trabzonspor” günün ən məhsuldar oyununda autsayder “Kayserispor”dan güclü olub. Radamel Falakounun dubl etdiyi görüşdə “Qalatasaray” “Antalyaspor”u böyük hesabla məğlub edib.

Qeyd edək ki, turun son oyunları dekabrın 29-da keçiriləcək.

Türkiyə Super Liqası
XVII tur
28 dekabr
“Ankaragücü” – “Dənizlispor” – 2:2

Skarione, 66, 84 – Yumlu, 22, Radalyeqa, 45
“Başakşəhər” – “Kasımpaşa” – 5:1
Ba, 2, 28, Kriveli, 6, Fernandes, 27 (avtoqol), Elia, 63 – Kuarejma, 66 (pen.)
“Trabzonspor” – “Kayseripor” – 6:2
Sorlot, 7, 90, Nvakaeme, 37, Starric, 47, 66 (pen.), Parmak, 72 – Uzun, 43, Kravets, 82
“Qalatasaray” – “Antalyaspor” – 5:0
Falkao, 10 (pen.), 28, Çalustka, 37 (avtoqol), Babel, 82, Antalyalı, 89

1. Sivasspor 16 10 4 2 34:16 34
2. Başakşəhər 17 9 6 2 32:17 33
3. Trabzonspor 17 9 5 3 35:19 32
4. Beşiktaş 17 9 3 5 27:22 30
5. Fənərbaxça 16 8 4 4 32:20 28
6. Qalatasaray 17 7 6 4 23:15 27
7. Alanyaspor 16 7 5 4 29:15 26
8. Y.Malatyaspor 16 6 5 5 31:21 23
9. Göztəpə 16 6 5 5 19:19 23
10. Qaziantep 16 6 5 5 25:27 23
11. Dənizlispor 17 6 4 7 19:23 22
11. Rizəspor 16 6 2 8 16:25 20
13. Gənclərbirliyi 17 4 6 7 28:32 18
14. Kasımpaşa 17 4 3 10 26:34 15
15. Konyaspor 16 3 6 7 14:22 15
16. Antalyaspor 17 3 5 9 15:33 14
17. Ankaragücü 17 2 6 9 15:34 12
18. Kayserispor 17 2 4 11 16:42 10