Türkiyə Prezidenti Ərdoğan “WhatsApp”-dan imtina edib

Türkiyə Prezidenti Ərdoğan “WhatsApp”-dan imtina edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp”-dan istifadə etməkdən imtina edib.

Birmillet.az saytı bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Buna səbəb “WhatsApp” messencerinin konfidensiallıq siyasətini dəyişməsidir.

Türkiyə Prezidentinin administrasiyası “Turkcell İletisim Hizmetleri” AS-yə məxsus BiP əlavəsindən istifadə etməyə qərar verib.  Türkiyə Prezidentinin mətbuat xidməti jurnalistləri də bu nümunədən istifadə etməyə çağırıb. 

Bundan əvvəl ‘WhatsApp”  istifadəçilərinin məlumatlarının “Facebook”-la bölüşüləcəyi məlum olub. “WhatsApp”-ın səhmlərinə nəzarət edən “Facebook” belə qərar verib.