Türkiyə parlamentində əlbəyaxa dava – VİDEO – (TBMM) iclası

Türkiyə parlamentində əlbəyaxa dava – VİDEO – (TBMM) iclası

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası zamanı AKP və CHP millət vəkilləri arasında dava düşüb.

Birmillet.azQafqazinfo”ya istinadən xəbər verir ki, davaya İdliblə bağlı qətnamənin danışıqları zamanı CHP-li Engin Özkoçun Türkiyə Prezidenti Recep Tayyib Erdoğanın əleyhinə ifadələr işlətməsi səbəb olub. Partiyaların təmsilçiləri bir-biri ilə əvvəlcə söz davasına çıxsalar da, daha sonra bu gərginlik yumruq davasına çevrilib.

TBMM-nin iclası bu səbəbdən yarımçıq dayandırılıb.

Ankara Baş Prokurorluğu CHP Qrup sədr müavini Engin Özkoç haqqında “Prezidentə təhqir” maddəsi üzrə cinayət işi açıb.