Türkiyə kubokunda “Fənərbaxça” qələbə qazanıb, “Qaziantep” büdrəyib

Türkiyə kubokunda “Fənərbaxça” qələbə qazanıb, “Qaziantep” büdrəyib

Türkiyə kubokunda 1/16 final mərhələsinin cavab oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, daha 6 cütdə qalib müəyyənləşib.

“Beşiktaş” səfərdə “Ərzincanspor”a, Super Liqanın lideri “Sivasspor” evdə “Esenler Erokspor”a uduzub. Lakin hər iki komanda ilk matçdakı qələbə sayəsində 1/8 finala yüksəlib.

“Fənərbaxça” “İstanbulspor”la, “Göztəpə” isə “Fatih Karagumruk”lə görüşdə ikinci dəfə qələbə qazanıb. İki həftə öncə qalib gələn “Yeni Malatyaspor”a “Keciörəngücü” ilə heç-heçə də kifayət edib.

Super Liqa klublarından yalnız “Qaziantep” mübarizəni dayandırıb. “Kirklarelispor”u məğlub edən yüksək dəstə təmsilçisi səfər qollarının sayına görə kubokla vidalaşıb.

Qeyd edək ki, 1/16 final mərhələsi dekabrın 19-da başa çatacaq.

Türkiyə kuboku
1/16 final, cavab oyunları
19 dekabr

“Ərzincanspor” – “Beşiktaş” – 2:0
İlk oyun – 0:3

“Keciörəngücü” – “Yeni Malatyaspor” – 2:2
İlk oyun – 1:3

“Qaziantep” – “Kirklarelispor” – 3:2
İlk oyun – 1:2

“Sivasspor” – “Esenler Erokspor” – 0:1
İlk oyun – 2:0

“Göztəpə” – “Fatih Karagumruk” – 2:1
İlk oyun – 2:1

“İstanbulspor” – “Fənərbaxça” – 0:2
İlk oyun – 0:4