Türkiyə koronavirusa görə turizm mövsümünü təxirə salır

Türkiyə koronavirusa görə turizm mövsümünü təxirə salır

Türkiyə hökuməti koronavirusla bağlı ölkənin otel və turizm şirkətlərinə müraciətində turizm mövsümünü aprelin sonlarından başlamağı təklif edib.

Birmillet.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy turoperatorlara ölkəyə səfərlərin təşkilinə 15 apreldən sonra başlamağı tövsiyə edib.

Ticarət naziri Ruhsar Pekcan isə Türkiyədə keçirilən bütün beynəlxalq sərgilərin aprelin sonuna qədər təxirə salınacağını bildirib.

Qeyd edək ki, martın 11-də Türkiyədə “COVID-2019” xəstəliyinə ilk yoluxma faktı aşkarlanıb.