Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss edilib.

Birmillet.az-ın “APA“ya istinadən verdiyi məlumata əsasən, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss olunub.