Türkiyə, Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçiriləcək

Türkiyə, Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçiriləcək

Gələn il Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Birmillet.az saytı APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında bildirib.

Onun sözlərinə görə, görüş Pakistanda baş tutacaq. 

Nazir qeyd edib ki, görüşün dəqiq tarixi müəyyənləşdirilir.