İraqda türkiyəli diplomat Osman Köseni öldürənlərdən 2-si ilə bağlı edam qərarı verilib.
Birmillet.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hökm Ərbil ikinci Cəza Məhkəməsi tərəfindən elan edilib. Məsələ ilə bağlı açıqlama verən vəkil Birzo Said “Hadisə ilə bağlı 6 nəfər cəzalandırılıb: 2 nəfərə edam, 1 nəfərə 1 il, qalan 3 nəfərin hər birinə 2 il həbs cəzası verilib” deyib.
Xatırladaq ki, Köse ötən ilin iyul ayı İraqın Ərbil şəhərində restoranda silahlı hücuma məruz qalaraq öldürülmüşdü.












































