Trampın xüsusi nümayəndəsi: ABŞ Azərbaycana “İbrahim Sazişləri”nə qoşulmağı təklif edəcək

Trampın xüsusi nümayəndəsi: ABŞ Azərbaycana “İbrahim Sazişləri”nə qoşulmağı təklif edəcək

Azərbaycan “İbrahim Sazişləri”nə qoşula biləcək ölkələr sırasındadır. Bu barədə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “Breitbart” nəşrinə verdiyi müsahibədə məlumat verib.

Stiv Uitkoffun sözlərinə görə, növbəti bir neçə ay ərzində “İbrahim Sazişləri”nə Azərbaycan, Ermənistan, Suriya, Livan və Liviya da daxil olmaqla 4-6 ölkənin qoşulması mümkündür. O qeyd edib ki, bu ölkələrdə İsrail ilə münasibətlərin normallaşması üçün real potensial formalaşır.

“Mənim proqnozum odur ki, tezliklə Livan və Suriyada normallaşma potensialını görəcəyik. Bu proses Liviya, AzərbaycanErmənistanla da baş verə bilər”, – deyə ABŞ rəsmisi bildirib.

Uitkoff əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə olunmaq üzrədir və bu da normallaşma prosesini sürətləndirə bilər.