ABŞ Prezidenti: NATO müttəfiqləri Ukraynaya göndərilən ABŞ silahlarının pulunu tam ödəyəcək
ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ-nin NATO-dakı müttəfiqləri yeni razılaşmalara əsasən Amerika silahlarının Ukrayna üçün dəyərini tam olaraq ödəyəcəklər.
Tramp qeyd edib:
“Biz NATO-ya silah göndəririk və NATO bu silahların pulunu 100% ödəyir. Silahları NATO ölkələrinə çatdıracağıq, sonra isə alyans bu silahları Ukraynaya verəcək və NATO həmin silahların qiymətini ödəyəcək.”
ABŞ lideri həmçinin iyun ayında keçirilən Şimali Atlantika Alyansının sammitində ABŞ silahlarının Ukraynaya tədarükü ilə bağlı bu prosedura dair razılaşmaların əldə olunduğunu vurğulayıb.












































