“Trabzonspor” yenə qalib gəlib, “Başakşəhər” evdə büdrəyib

“Trabzonspor” yenə qalib gəlib, “Başakşəhər” evdə büdrəyib

Türkiyə Super Liqasında XXI tura start verilib.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, ilk gündə iki oyun keçirilib.

Son 5 matçın 4-də qələbə qazanıb, 1-də heç-heçə edən “Trabzonspor” uğurlu seriyanı davam etdirib. “Bordo-mavililər” Ankarada “Gənclərbirliyi”ni minimal hesabla üstələyib. Bu, həm də “Gənclərbirliyi”nin ardıcıl 4-cü məğlubiyyəti olub.

Son çempion “Başakşəhər” turnir cədvəlində qonşusu olan “Rizəspor”la xalları yarı bölüb.

Turun digər oyunları 24-25 yanvarda keçiriləcək.

Türkiyə Super Liqası
XXI tur
“Gənclərbirliyi” – “Trabzonspor” – 1:2

Piris, 86 (pen.) – Canini, 36, Ekuban, 54
“Başakşəhər” – “Rizəspor” – 1:1
Mehmet Topal, 64 – Samu, 49 (pen.)

1  Beşiktaş 19 13 2 4 45-22 41
2  Fənərbaxça 19 12 3 4 39-23 39
3  Qalatasaray 19 11 3 5 40-17 36
4  Qaziantep 19 9 7 3 33-23 34
5  Trabzonspor 20 9 6 5 25-23 33
6  Alanyaspor 19 9 4 6 30-17 31
7  Hatayspor 19 9 4 6 29-24 31
8  Fatih Karagümrük 19 7 6 6 31-28 27
9  Yeni Malatyaspor 19 7 6 6 27-25 27
10  Göztəpə 19 6 7 6 28-22 25
11  Antalyaspor 19 6 7 6 20-26 25
12  Rizəspor 20 6 7 7 27-35 25
13  Sivasspor 19 5 9 5 21-23 24
14  Başakşəhər 20 6 6 8 26-32 24
15  Konyaspor 19 6 4 9 27-27 22
16  Kasımpaşa 19 6 4 9 21-30 22
17  Kayserispor 19 5 4 10 14-23 19
18  Gənclərbirliyi 20 5 4 11 20-40 19
19  Ankaragücü 19 5 3 11 22-30 18
20  Ərzurum BB 20 4 5 11 19-35 17
21  Dənizlispor 19 3 5 11 18-37 14