“Trabzonspor” İngiltərədən müdafiəçi gətirir

“Trabzonspor” İngiltərədən müdafiəçi gətirir

“Arsenal”dan “Fənərbaxça”ya keçən Məsut Özilin ardından daha bir futbolçu İngiltərə Premyer Liqasını Türkiyə Super Liqasına dəyişməyə yaxındır.

Birmillet.az saytı Apasport.az saytına istinadən bildirir ki, “Trabzonspor” Denni Rouzun transferində maraqlıdır.

“Tottenhem”in müdafiəçisi Türkiyə klubunun arxa xəttini gücləndirməlidir. 30 yaşlı futbolçunun müqaviləsi yayda başa çatacaq. Lakin London klubu onu indi satmağa razıdır.