TDT ölkələri Türk dünyası MSK-nın Məşvərət Platformasını yaradıblar

TDT ölkələri Türk dünyası MSK-nın Məşvərət Platformasını yaradıblar

Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində türk dünyasının mərkəzi seçki orqanlarının Məşvərət Platformasının yaradılması haqqında sənəd imzalanıb. Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Tədbirdə Azərbaycanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Mərasimdə həmçinin Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın mərkəzi seçki orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Məşvərət Platformasının yaradılması təşəbbüsü ilk dəfə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən 2023-cü il noyabrın 3-də Astanada keçirilən TDT-nin 10-cu yubiley sammitində irəli sürülüb. Bu təşəbbüs TDT-yə üzv dövlətlərin liderləri tərəfindən yekdilliklə dəstəklənibBişkek Bəyannaməsində öz əksini tapıb.

Məşvərət Platformasının yaradılması haqqında Əsasnaməyə əsasən, türk dövlətlərinin mərkəzi seçki orqanları arasında sistemli əməkdaşlıq və təcrübə mübadiləsi aparılacaq. Bu platforma seçki proseslərinin səmərəliliyinin artırılması, beynəlxalq müşahidəçi missiyalarının təşkili, innovativ texnologiyaların tətbiqiçoxtərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.