Suriyada terrorla mübarizə çərçivəsində Türkiyə, İraq, Suriya, Livan və digər beş dövlətin iştirakı ilə vahid əməliyyat mərkəzi yaradılacaq. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Martın 9-da İordaniyada keçirilən nazirlər səviyyəsindəki görüşdə, beş ölkə arasında İŞİD terror təşkilatına qarşı mübarizə və Suriyanın terrorla mübarizəsinə dəstək istiqamətində razılıq əldə edilib. Görüşdə, iştirakçı ölkələrin Suriyanın yeni hökumətinin tələbləri əsasında birgə əməliyyat mərkəzi yaratmaq qərarı verilib və bu istiqamətdə işlər davam etdirilir.
Türkiyə, Suriyanın ərazi bütövlüyünün qorunması və bölgədəki sabitlik və təhlükəsizliyin təmin olunmasına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Bu əməkdaşlıq, regionda terrorizmə qarşı mübarizənin gücləndirilməsinə və Suriyada davam edən təhlükəsizlik problemlərinin həllinə mühüm təsir göstərəcək.












































