Sunqat Yesimxanov: Qazaxıstan Hidrogen Təşəbbüsünə qoşulub

Sunqat Yesimxanov: Qazaxıstan Hidrogen Təşəbbüsünə qoşulub

Qazaxıstan “Hidrogen Sıçrayışı Gündəliyinə” qoşuldu: Yaşıl enerji və investisiya imkanları müzakirə olundu

Qazaxıstan, ölkədə hidrogen enerjisinin inkişafına töhfə vermək məqsədilə “Hidrogen Sıçrayışı Gündəliyinə” qoşuldu. Bu barədə Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov COP29 çərçivəsində keçirilən “Yaşıl enerji və innovasiya: Qazaxıstanda investisiya imkanları” adlı panel sessiyasında məlumat verib.

Yesimxanov qeyd edib ki, Qazaxıstan bu il Hidrogen Energetikasının İnkişafı Konsepsiyasını qəbul edib və Almaniyanın “Svevind” şirkəti ilə birlikdə Mangistau vilayətində “yaşıl” hidrogen istehsalı layihəsini həyata keçirir. O, beynəlxalq əməkdaşlığın yaşıl enerji məqsədlərinə çatmaqda əsas rol oynadığını və ölkənin davamlı inkişafa olan sadiqliyini vurğulayıb.

COP29 Enerji Günü çərçivəsində təşkil olunan sessiyada iştirakçılar Qazaxıstanın bərpa olunan enerji mənbələrinin enerji balansındakı payının artırılması, nüvə və hidrogen enerjisinin inkişafı, antropogen metan emissiyalarının azaldılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri müzakirə ediblər.