Serbiya Prezidenti etirazçıları fevralın 5-də danışıqlara dəvət edib

Serbiya Prezidenti etirazçıları fevralın 5-də danışıqlara dəvət edib

Serbiya Prezidenti Aleksandr Vuçiç Etirazçı Tələbə və Müəllimləri Dialoqa Dəvət Edib

Serbiya Prezidenti Aleksandr Vuçiç fevralın 5-də etiraz edən tələbə və müəllimləri rəsmi danışıqlara dəvət edib.

Bu barədə Belqrad rektorluğuna rəsmi məktub göndərilib.

Prezident Vuçiç məktubda bildirib ki, əgər ali məktəb müəllimləri və tələbələr tələblərinin tam və ya qismən yerinə yetirilmədiyini düşünürlərsə, mövcud vəziyyətin aradan qaldırılması üçün dialoq vacibdir. O, gənclərin və ümumilikdə cəmiyyətin rifahı naminə fevralın 5-də danışıqlara başlamağa çağırıb.

Xatırladaq ki, Serbiyada tələbələr hakimiyyəti onların tələblərini yerinə yetirməməkdə ittiham edərək etiraz aksiyaları keçirirlər. Etirazlara Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində 15 nəfərin həyatını itirməsi səbəb olub. Aksiya zamanı faciə qurbanlarının xatirəsi 15 dəqiqəlik sükutla anılıb.