Sabah Çavuşoğlu NATO Baş katibi ilə görüşəcək

Sabah Çavuşoğlu NATO Baş katibi ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Baş katibi Yens Stoltenberqlə görüşəcək.

Birmillet.az saytı bildirir ki, APA-nın NATO-nun saytına istinadən verdiyi xəbərə görə, görüş yanvarın 22-də baş tutacaq. 

Qeyd edək ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Brüsseldə səfərdədir.