Erkan Özoral: “Naxçıvanın çətin duruma düşməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”

Erkan Özoral: “Naxçıvanın çətin duruma düşməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”

karonavirus

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İranda koronavirus təhlükəsi ilə bağlı Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdırmasına münasibət bildirib.

Birmillet.azAPAya istinadən xəbər verir ki, Özoral məhdudiyyətlərin fevralın 23-də axşam saat 17.00 radələrində qüvvəyə mindiyini bildirib.

Özoral qeyd edib ki, İranda koronavirus təhlükəsi ilə əlaqədar Dilucu sərhəd-keçid məntəqəsində də bəzi tədbirlər görülüb: “Bu tədbirlərlə bağlı Azərbaycanın rəsmi dairələrinə lazımi məlumatlar verəcəyik. Türkiyə rəsmiləri Azərbaycan rəsmiləri ilə əlaqə saxlayır, müzakirə aparırlar. Naxçıvanın çətin duruma düşməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”.

Səfir Dilucu sərhəd-keçid məntəqəsində məhdudiyyətlərlə bağlı tədbirlərin yeni tətbiq olunmağa başlandığını söyləyib: “Bu gün həmin tədbirlərin konkret nələrdən ibarət olacağı dəqiqləşəcək”. koronavirus