Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri özünü güllələyib

Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri özünü güllələyib

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasında əsgər özünü güllələyib — Vəziyyəti ağırdır

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri odlu silahla özünə xəsarət yetirib. 2002-ci il təvəllüdlü Aleksey Q. başından güllə yarası alaraq Gümrü Tibb Məntəqəsinə yerləşdirilib.

Tibb mərkəzindən bildirilib ki, yaralı dərhal əməliyyat olunub, hazırda reanimasiya şöbəsində koma vəziyyətindədir və vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata əsasən, Rusiya hərbçisi odlu silahla özünə atəş açıb. Hadisənin motivləri və dəqiq səbəbləri araşdırılır.

Bu hadisə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında baş verən insidentlərə dair növbəti ciddi xəbər kimi qiymətləndirilir. Hadisə ilə bağlı əlavə məlumatlar araşdırmalardan sonra açıqlanacaq.