Ruhi Çenet İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirdi – VİDEO

Ruhi Çenet İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirdi – VİDEO

Türkiyəli blogger Ruhi Çenet Ermənistana səyahət edib.

Birmillet.az xəbər verir ki, paytaxt İrəvanda 1 həftə qalan blogger yerli əhali arasında Xocalı soyqırımı ilə bağlı da sorğu keçirib. Sorğuda iştirak edənlərin əksəriyyəti müxtəlif səbəbləri əsas gətirərək Xocalı hadisələrini soyqırım hesab etmədiklərini bildiriblər. Bəzilərinin isə mövzudan tamamilə xəbərsiz olduğu görünür.

Youtube-da bir milyondan çox baxış sayına malik videoreportajda İrəvandakı sosial vəziyyətin və türklərə qarşı kollektiv nifrətin də şahidi oluruq.